Orxan Nəbizadə
“Qədim Daş, Müasir Yaddaş”
Orxan Nəbizadənin “Qədim Daş, Müasir Yaddaş” əsəri nəsillər boyu insanların daş üzərində həkk etdikləri təsvirlər vasitəsilə təbiət aləmini qeydə aldığı Qobustanın qədim qayaüstü sənətindən ilhamlanır. Bu qədim vizual dili yenidən şərh edərək, Azərbaycanın təbii irsinin beş heykəltəraşlıq təsvirini yaradır.
Bu instalyasiya heykəllərdə təsvir olunan Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı müasir yaddaş obrazlarına çevirərək Azərbaycanın tarixəqədərki keçmişini bu gün qarşı-qarşiya olduğumuz mühüm ekoloji sualla əlaqələndirir: bu gün nələri itirmək təhlükəsi ilə üz-üzəyik?
Necə ki, qədim təsvirlər bir zamanlar mövcud olmuş dünyanın izlərini gələcək nəsillər üçün qoruyub saxlayıb, “Qədim Daş, Müasir Yaddaş” da bizi gələcəyə necə bir təbii dünya miras qoyacağımızı düşünməyə dəvət edir.
Qədim daşlar müasir yaddaşa və məsuliyyət çağırışına çevrilir.
Gələcək nəsillərə necə bir təbiət bəxş edəcəyik?