
Mikelancelo Pistoletto
“Əbədiyyət Güzgüsü”
İtalyan rəssam Mikelancelo Pistoletto altı onillikdən çox davam edən yaradıcılıq fəaliyyəti boyunca, tamaşaçını incəsənətin mərkəzinə yerləşdirə bilmək məqsədilə dəfələrlə güzgüyə müraciət etmişdir. Onun 1960-cı illərə aid erkən “Güzgü Rəsmləri” tamaşaçının əksini birbaşa təsvirə daxil edir, bununla da hər bir qarşılaşmanı bənzərsiz və qeyri-adi edirdi. “Əbədiyyət Güzgüsü” ilə Pistoletto bu tədqiqatı əks-səda, mövcudluq və yaddaşın yeni ölçülər qazandığı rəqəmsal dövrə doğru istiqamətləndirir.
Sənətçinin izah etdiyi kimi:
Niyə Əbədiyyət? “Əbədiyyət Güzgüsü” bütün insanlığı süni zəka vasitəsilə ölümsüzlük halına daxil olmağa dəvət edən bir sənət əsəridir. Texnologiya inkişaf etdikcə, planetimizin ətrafında virtual bir səma, rəqəmsal bir həqiqət yaratmışıq.
“Əbədiyyət Güzgüsü”ndə iştirak etmək üçün öz portretinizi yükləyirsiniz, sistem onu başqasının portreti ilə birləşdirir və siz tamamilə yeni, əvvəl heç vaxt mövcud olmamış bir simanın yaranmasına şahid olursunuz.
Bu süni yaradılış aktında biz təbiətin proseslərini, nəsildən nəsilə davam edəm daimi yenilənməsini əks etdiririk.
“Əbədiyyət Güzgüsü”ndə surətiniz sabit bir xatirə kimi deyil, daim təkamül edən bir varlıq kimi qorunur. O, virtual aləmdə fəaliyyətini davam etdirir; daim başqaları ilə qarşılaşır, yeni birləşmələrə və ortaq insanlığın yeni ifadə tərzlərinə yol açır.