VarYox
“Əfsanəvi Varlıqlar: Azərbaycanın Heyvanlar Aləmi”
Heyvanlar bizə özümüz haqqında nə öyrədir? Azərbaycanın “Böyük Beşliyi”ndən ilhamlanan “Əfsanəvi Varlıqlar” heyvanların mədəni yaddaşımızda, xalqın bilik və inanclarında, eləcə də təxəyyülümüzdə əsas qəhrəmanlar kimi tutduğu yeri, eləcə də onlarla qarşılıqlı əlaqələrimizin bizi necə formalaşdırdığını və həyatımıza necə məna qatdığını araşdırır. Əfsanələrdəki mifoloji varlıqlardan bu gün Azərbaycanın vəhşi təbiətində rast gəldiyimiz heyvanlara qədər müxtəlif canlıların yerli bilik və kimliyimizdəki yerini, eləcə də həyatlarının bizimki ilə necə iç-içə keçdiyini araşdırırıq.
Sərgi orta əsrlərdə heyvanların təsvir və hekayələrinin toplandığı illüstrasiyalı əlyazma ənənəsindən, yəni bestiarilərdən ilhamlanır. Bu əlyazmalarda heyvanların xüsusiyyətlərindən ibrətamiz və alleqorik mənalar çatdırmaq üçün istifadə olunur, təbiət aləmi isə insanın özünü gördüyü bir güzgü kimi təqdim edilirdi. “Böyük Beşlik” həm keçmişin, həm də gələcəyin rəmzidir. Bestiarilərdə təsvir olunan varlıqlar kimi, onların da əhəmiyyəti yalnız fiziki mövcudluqları ilə məhdudlaşmır. Lakin onların taleyi hələ də qeyri-müəyyəndir. Onlar tanınmalı, dəyərləndirilməli və qorunmalıdır; biz onların bir gün yalnız əfsanəyə çevrilməsinə və yox olmasına imkan verməməliyik.
Layihədə iştirak edən altı rəssam “Böyük Beşlik”dən ilhamlanaraq ictimai məkan üçün sənət əsərləri yaradıb:
Vüsalə Ağarazıyeva – Evə Gedən Uzun Yol (Canis lupus cubanensis)
https://www.instagram.com/vusalaagaraziyeva/
Rəşad Ələkbərov – Bəbir (Panthera pardus ciscaucasica)
https://www.instagram.com/rashad_alakbarov.artist/
Leyla Qabulova – Mühafiz (Ursus arctos caucasicus)
https://www.instagram.com/occultalunaepars/
Orxan Hüseynov – Ceyran (Gazella subgutturosa)
https://www.instagram.com/_orkhan_huseynov/
Fərid Rəsulov – Dağların Sahibləri (Aquila heliaca)
https://www.instagram.com/faridrasulovartist/
Sitara İbrahimbəyli – Bakılılar (beş növü bir araya gətirən əsər)
https://www.instagram.com/sitaraibrahimbayli/
VarYox Art Platform tərəfindən kurasiya olunub: Dr. Lesley Gray və Sitara Ibrahimbayli
Layihə meneceri: Tənzilə Bağırova
Qısa təsvir:
“Əfsanəvi Varlıqlar” Azərbaycanın “Böyük Beşliyi”nə alleqoriya, simvol və nəsli kəsilmək təhlükəsi altında olan növlər kimi yanaşaraq təbiətin bizi formalaşdıran hekayələrdəki rolunu araşdırır.
31.10.2026
10:00:00 - 19:00:00
Qeydiyyat bağlıdır
01.11.2026
10:00:00 - 19:00:00
Qeydiyyat bağlıdır